Lənkəranda 41 yaşlı piyadanı maşın vurub öldürdü
Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə martın 13-də saat 20.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kənindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Allahyar İdris oğlu Əsədullayev idarə etdiyi “Mercedes” markalı, 42 BP 268 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən 1975-ci il təvəllüdlü həmkəndlisi Ələsgər Qasım oğlu İmamverdiyevi vurub. Sürücü özü zərərçəkəni xəstəxanaya çatdırıb.
Reanimasiya şöbəsinə yerləşdirilmiş Ələsgər İmamverdiyevə müvafiq yardımlar göstərilsə də, o, komadan ayılmayaraq iki saat sonra dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.