Ankara terrorunda ölənlərin sayı 37-yə çatdı

Türkiyənin paytaxtı Ankarada ötən axşam yerli vaxtla saat 18:45-də baş vermiş terror aktı nəticəsində ölənlərin sayı artıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Mehmet Müezzinoğlu açıqlama verib: "Dünən axşam hadisə yerində 30 itkimiz var. Bu 30 nəfərdən birinin terrorçu olduğu dəqiqdir, ikincisinin isə terrorçu olmasına dair şübhələr var. Dünən axşama olan məlumatlarda xəstəxanada ölənlərin sayı dörd nəfər idi, bu gün isə ayrı-ayrı xəstəxanalarda müalicə olunan daha 3 yaralı vəfat edib. Bununla da xəstəxanalarda ölənlərin sayı 7 nəfərə çatıb".

 

Nazir hazırda xəstəxanalarda müalicəsi davam etdirilən yaralıların vəziyyətindən də danışıb: "Hazırda xəstəxanalarda 71 yaralı var. Onlardan 14 nəfəri təcili yardım şöbəsində, 15 nəfəri isə reanimasiyadadır. Digər 41 nəfərin də müalicəsi davam etdirilir. Onlara da Allahdan şəfa diləyirəm".

Müəllif | Apa.Tv
Apa.tv