Dövlət Neft Fondu 9 banka 11,9 mln. dollar satdı
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) "APA-Economics"ə verilən məlumata görə, fond tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 11,9 milyon ABŞ dolları məbləğində vəsait 9 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.