Səfirlik: Ankarada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Ankarada martın 13-də törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elbəyi Əliyev bildirib.
"Türkiyənin müvafiq strukturları ilə əlaqə saxlamışıq, məlum olub ki, onların da Səhiyyə Nazirliyi və Ankara şəhər Valiliyindən aldıqları məlumata əsasən, terror hadisəsi zamanı ölən və ya yaralananlardan Azərbaycan mənsubiyyəti olan şəxs yoxdur”, - deyə açıqlamada deyilir.