Yevlaxda 86 yaşlı qadın qətlə yetirildi

Yevlax rayonunda çoxmənzilli binalardakı mənzillərin birində evdən qadın meyidi aşkarlanıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Köçkün şəhərciyində, bina 4, mənzil 32-də qeydə alınıb.

 

Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən məcburi köçkün olan 1930-cu il təvəllüdlü Maral Qara qızı Nəsibovanın öldüyünü qonşular bilib. Yaşlı qadının evindən çıxmadığını görən qonşular Fövqəladə Hallar Nazirliyinin Aran regional bölməsinə müraciət ediblər. Hadisə yerinə gələn xilasedicilər içəri daxil olduqda qadını ölmüş halda aşkarlayıblar.

 

Meyit müayinə olunmaq üçün morqa aparılıb. Hüquq-mühafizə orqanlarından APA TV- yə verilən  xəbərə görə, meyitin üzərində zorakılıq əlamətləri olub. Hazırda Yevlax rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Müəllif | Apa.Tv
Apa.tv