Daha bir rayonun icra başçısı işdən çıxarıldı
Elçin Məmməd oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.