"Qədim musiqi alətləri” ansamblının yaradıcısı vəfat edib
"Qədim musiqi alətləri” dövlət ansamblının yaradıcısı və bədii rəhbəri, Azərbaycan musiqi tarixi və ədəbiyyatında ciddi simalardan biri olan Məcnun Kərimov 68 yaşında dünyasını dəyişib.
APA TV-nin xəbərinə görə, Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri» şöbəsini bitirib. 1991-ci ildən Bakı Musiqi Akademiyasının «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb.
Məcnun Kərimov 1996-cı ildə «Qədim musiqi alətləri» dövlət ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub.