Putindən qəfil qərar: Rusiya qoşunları Suriyadan çıxır
Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin martın 15-dənm Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. APA TV-nin məlumatına görə, Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əsaslandırıb.
“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”. Putin bunu Müdafiə və Xarici İşlər naziləri ilə görüşündə bildirib.