Bakıda ər arvadını və rəfiqəsini bıçaqladı
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Şıxlinski küçəsi, 29/41 D ünvanında yaşayan 29 yaşlı Əfsanə Əlmirzə qızı Rəsulova ilə həyat yoldaşı arasında mübahisə düşüb.
Mübahisəyə Əfsanə Rəsulovanın həyat yoldaşından ayrılmaq istəməsi səbəb olub. Boşanmaq istəməyən ər həyat yoldaşını və onları sakitləşdirməyə çalışan rəfiqəsini bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan Əfsanə Rəsulova xəstəxanaya çatdırılıb.
Rasim Abdurəhimov, həkim: “Çoxsaylı bıçaq xəsarətləri var idi, təxminən 15 yara. Əməliyyat olundu. Vəziyyəti stabildir, ağırlaşma yoxdur”.
Əfsanə Rəsulovanın rəfiqəsi əlindən yüngül xəsarət aldığından, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Polis əməkdaşları arvadını bıçaqlayan əri axtarır.