Bakıda məktəbli məktəblini bıçaqladı
Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, 11-ci sinif şagirdi Sarvan Əlqan oğlu Ziliyev Ramana qəsəbəsində bıçaqlanıb.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Yaralının qohumları Sarvanın qonşusu tərəfindən bıçaqlandığını bildiriblər. Məlumata görə, hadisəni törədən də məktəblidir.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla əlaqədar araşdırma aparılır.