Dollar, avro və rubl yenə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,6322 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,8127 manat olaraq açıqlanıb.
Rusiya rublunun məzənnəsi isə azalıb. Hazırda 1000 Rusiya rublu 23 manat 30 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.