Ufada dəhşətli yanğın: 12 nəfər yandı
Başqırdıstanda baş vermiş yanğında 12 nəfər ölüb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Başqırdıstanın paytaxtı Ufada yerləşən yaşayış binalarından birində yanğın baş verib.
Bu barədə məlumat təxminən yerli vaxtla gecə saat 3 radələrində daxil olub.
Hadisə yerinə dərhal Yanğından Mühafizə Hissəsinin 19 ədəd texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürüldükdən sonra ərazidən 12 nəfərin yanmış meyiti aşkarlanıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.