Rus qoşunları Suriyadan çıxmağa başladı - REAL VİDEO

Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,Suriyanın Latakiya vilayəti ərazisində yerləşən, Rusiyaya məxsus Hmeymim aviabazasının personalı avadanlıqları, maddi-texniki vasitələri, əmlakı hərbi nəqliyyat təyyarələrinə yükləyir.


“Aviabazanın texniki personalı təyyarələrin Rusiya Federasiyası aerodromlarına göndərilməsi üçün hazırlıqlar görür. Şəxsi heyət avadanlıqları, əmlakı və maddi-texniki vasitələri hərbi nəqliyyat aviasiyasına yükləməyə başlayıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

Xatırladaq ki, V.Putin martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşündə martın 15-dən etibarən Rusiyanın əsas hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə əmr verib. Bu hadisədən bir qədər sonra V.Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Müəllif | Apa.Tv
Apa.tv