ABŞ-dan Ankaraya daha bir xəbərdarlıq: yenə terror olacaq!

Amerika Birləşmiş Ştatları Türkiyəyə növbəti terror hadisəsinin baş verə biləcəyi barəsində xəbərdarlıq edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, rəsmi xəbərdarlıq notasında mənbə terrorçuların hədəfində dövlət və hökumət binalarının ola biləcəyini bildirərək, vətəndaşlarına sözü gedən məkanlara baş çəkməməyi tapşırır.

 

Qeyd edək ki, Ankaraya "Kızılay" meydanında baş vermiş terror hadisəsindən öncə də analoji xəbərdarlıq yayımlanmışdı. Birləşmiş Ştatların budəfəki kəşfiyyat məlumatının isə əsasən Türkiyədə fəaliyyət göstərən Amerika şirkətlərinə yönəldiyi bildirilir. Terror hücumlarının gerçəkləşdirilə biləcəyi inzibatı binaların siyahısında dövlət idarələri, diplomatik missiya, meydan, məscid binaları və turizm obyektlərinin yer aldığı da gələn məlumatlar sırasındadır.

 

Xəbərdarlıq notasında Novruz bayramı ilə əlaqədar keçiriləcək mərasimlərin həftə sonuna təsadüf etdiyinə xüsusi diqqət yetirilərək, vətəndaşlara ehtiyatlı olmaq, ailələri və yaxınlarına müvafiq xəbərdarlıq etmək tövsiyə olunur.

Müəllif | Apa.Tv
Apa.tv