Bakıda polis bıçaqlandı

Bakıda polis əməkdaşı bıçaqlanıb. APA TV-nin xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, martın 14-də saat 05:00 radələrində Nəsimi rayonu ərazisində - Moskva prospektində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi RPİ PPX-nin əməkdaşları tərəfindən yaxalanıb. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib.

 

Nəsimi RPİ 19-cu PB-yə gətirilmiş A.Səfərovun və Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, eləcə də Yalçın Cəfərovun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Müəllif | Apa.Tv
Apa.tv