Berlinin mərkəzində partlayış: ölən var

Almaniya paytaxtında partlayış baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, şəhərin mərkəzi hissəsində avtomobil partlayıb. Nəticədə bir nəfər həyatını itirib.

Hadisənin terror aktı olduğu istisna edilmir. Partlayışın qeydə alındığı ərazi və yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerinə çoxlu polis, ambulans və yanğınsöndürənlər cəlb olunub. Yaxınlıqda yaşayan sakinlərə evlərindən çıxmamaq tapşırılıb. 

Müəllif | Apa.Tv
Apa.tv