Xalq artisti Muxtar Maniyevin ikinci ayağı da amputasiya olundu
Azərbaycanın xalq artisti Muxtar Maniyevin üzərində yenidən cərrahiyyə əməliyyatı aparılıb. Bu barədə APA-ya Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, M. Maniyevin sağ ayağı diz nahiyəsindən amputasiya olunub. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.
Qeyd edək ki, M.Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.