"Sovetski"də sonuncu çərşənbə belə qeyd olundu
Bakıda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunub. APA TV-nin məlumatına görə, bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır.
İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.
İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Yağışlı və küləkli havaya baxmayaraq paytaxtın müxtəlif yerlərində tonqallar qalanıb. APA TV-nin gecə növbətçiləri Bakının qədim məhəllələrindən olan "Sovetski"də olub, sakinlərin Torpaq çərşənbəsini qeyd etmələrini görüntüləyiblər.