Bərdədə qonşuya gedən 60 yaşlı qadını maşın vurub öldürdü

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV -nin Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Zöhrabbəyov küçəsində qeydə alınıb.

 

1955-ci il təvəllüdlü Sona Hüseynova aldığı zərbənin təsirindən hadisə yerində keçinib. Ailəsindən APA TV-yə verilən məlumata görə, S.Hüseynova qonşuluqda yası düşmüş ailəyə bayramlaşmağa gedirmiş. Qapılarından yenicə aralaşan 60 yaşlı S.Hüseynovanı naməlum avtomobil vuraraq qaçıb.

 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv