İŞİD silah anbarını belə partlatdı - GİROVLARLA BİRGƏ
İŞİD casusluqda ittiham etdiyi daha iki nəfəri qəddarlıqla edam edib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, terrorçular iki nəfəri uzun müddət dindirdikdən sonra onları əvvəlcədən partlatmaq istədikləri anbara gətirib sütunlara bağlayırlar.
Daha sonra kadrda terror qruplaşmasının bir üzvünün mobil telefonun düyməsinə toxunduğu görüntülənir. Bu görüntüdən sonra silah anbarı partladılır.
Bu edamın martın 8-də Suriyada həyata keçirildiyi ehtimal olunur. Videoda İŞİD üzvlərinin bu vaxta qədər törətdiyi edam səhnələrindən fotolar da göstərilir.