Dövlət Neft Fondu 8 banka 39,1 mln. dollar satdı

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

 

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) "APA-Economics"ə verilən məlumata görə, fond tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 39,1 mln. dollar məbləğində vəsait 8 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv