Qulaqları kəsilən qadınla münasibəti olduğu deyilən şəxs: "O, həmişə mənə ilişir"

Astarada əri tərəfindən vəhşicəsinə döyülüb, işgəncələr verilən Nisə Xəlilova haqqında araşdırmalar davam edir. Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həyat yoldaşı Çingiz Mehdiyev Nisə Xəlilovanın ona qonşusu və dostu olan Yalçın Mirzəyevlə yaxın münasibətlərdə olduğunu idda etməklə bu səbəbdən yoldaşını cəzalandırdığını bildirib. APA TV-nin çəkiliş qrupu 40 yaşlı Yalçın Mirzəyevin evində olub. Yalçın Mirzəyev deyir ki, hadisə baş verən gün o, evlərində olub, məlumatı da  televiziyadan eşidib: "Onun mənim maşınımda nə işi var? Mənim onunla heç dostluğum yoxdur. O, həmişə mənə ilişir".

 

Yalçının atası da oğluna böhtan atılmasından narahatdır. Deyir ki, əvvəllər Çingiz onların evinə gəlib-gedib. Günlərin birində isə gecə onların həyətinə oğurluğua girib. Arxasınca qovsalar da tuta bilməyiblər. O gündən sonra Çingiz müxtəlif nömrələrdən zəng edərək, onlara hədə qorxu gəlir: "Yoldaşım qorxusudan yata bilmir ki, gəlib bizim başımızı kəsəcək".

 

Hadisə barədə məlumatı olan Astara sakinləri Çingiz Mehdiyevin özünü müdafiə etmək üçün yalan danışdığını deyirlər.

 

Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi başlansa da, saxlanan yoxdur. Rayon Polis Şöbəsindən Çingiz Mehdiyevin indiyədək tutulmamasına aydınlıq gətirmək istəmədilər.

       

Müəllif | Apa.Tv