Gəncədə iki maşın toqquşdu: 1 yaralı

Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Atabəylər küçəsində qeydə alınıb.

 

“VAZ-2106” və “Daewoo” markalı avtomobillərin toqquşması nəticəsində şəhər sakini, 1985-ci il təvəllüdlü Hasil Mədətov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv