Xaçmazda dəhşətli qəza: 2 ölü, 2 yaralı

Ötən gecə Quba-Xaçmaz magistral avtomobil yolunun 15-ci km-də? Xaçmaz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb.

 

APA TV-nin xəbərinə görə, qəza nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib.

 

Hadisədən dərhal sonra FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və 1985-ci il təvəllüdlü Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Qəza nəticəsində daha iki nəfər xəsarət alıb. Onlar müxtəlif diaqnozlarla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxslər 1991-ci il təvəllüdlü Şabanov Çoşğun Fuad oğlu və 1987-ci il təvəllüdlü Mərdanov Zaur Etibar oğludur.

 

Hər iki şəxsin müalicəsi Xaçmaz MRX-da davam etdirilir.

 

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan