"Qalatasaray"ın yeni baş məşqçisi bəlli oldu

Mustafa Dənizlinin istefasından sonra baş məşqçi problemini həll edə bilməyən Türkiyənin "Qalatasaray" idman klubunun futbol komandasını mövsümün sonuna qədər çalışdıracaq mütəxəssisin adı açıqlanıb.

 

APA TV-nin klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hollandiyalı Yan Olde Reykerink (Jan Olde Riekerink) "Qalatasaray"ın baş məşqçisi təyin olunub. O, mövsümün sonuna qədər komandanı idarə edəcək.

 

Qeyd edək ki, Y.Reykerink bu yaxınlarda "Qalatasaray"ın aşağı yaş qruplarına aid komandalarının rəhbəri vəzifəsinə gətirilib. O, sezon başa çatdıqdan sonra yenidən həmin vəzifəyə dönəcək.

Müəllif | Apa.Tv
Apa.tv