Narkotiklə tutulan 56 yaşlı kişi: "Avtovağzalda tanımadığım şəxsdən aldım"

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxsləri yaxalayıb.

 

APA TV-nin xəbərinə görə, 56 yaşlı Adəm Rəsul oğlu Abbasovdan 470 qram qurudulmuş marixuana aşkar edilib.

 

"Axırıncı dəfə tutulmuşam, sonra buraxılmışam. Düşdü mənə, aldım. Bir-iki dəfə istifadə etdim, sonra tutuldum" - deyə Adəm Abbasov qeyd edib.

 

Saxlanılan şəxs narkotik maddəni Bakı Beynəlxalq Avtovağzalında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. 

 

34 yaşlı Corat qəsəbə sakini İlqar Dadaşov isə inyeksiya yolu ilə istifadə edilən kakosu alıb aralanan kimi polis əməkdaşlarının onu tutduğunu bildirib. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyinə görə məhkumluq həyatı yaşayan Dadaşov narkotik aludəçisi olduğunu etiraf edib.

Müəllif | Apa.Tv