Rusiya Türkiyənin turizm şirkətlərinə qoyduğu qadağanı ləğv etdi - ŞOK QƏRAR
Rusiya Türkiyənin turizm şirkətlərinin bu ölkədə fəaliyyətinə qoyduğu qadağanı ləğv edib. APA TV-nin məlumatına görə, 24 noyabrda Rusiya təyyarəsinin vurulmasından sonra tətbiq olunan qadağanın ləğvinə dair qərarı Federal Turizm Bürosunun – “Rosturizm”in rəhbəri Safonov imzalayıb. Qərar bu gündən qüvvəyə minib.
Qeyd edək ki, Türkiyəyə gələn turistlərin sayına Rusiya vətəndaşları Almaniyadan sonra ikinci yerdədir. Hər il Rusiyadan Türkiyəyə təxminən 2 milyona yaxın turist gəlir.