Tehran bazarında partlayış: 39 yaralı

İranın paytaxtı Tehranda partlayış baş verib. APA TV-nin məlumatına görə, qaz balonunun partlaması nəticəsində 39 nəfər yaralanıb.

 

Hadisə Tehran bazarında baş verib. Yerli yanğın xidmətinin rəhbəri bildirib ki, bazardakı üçmərtəbəli mağazada qaz balonu partlayıb.

 

Yaralılardan azı 6-nın vəziyyətinin xüsusilə ağır olduğu bildirilir. Partlayışın səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv