HDP deputatları öldürülən PKK liderinin dəfnində: "O şəhiddir"

Türkiyədə Diyarbəkirin Sur qəsəbəsindəki əməliyyat zamanı məhv edilən PKK liderlərindən biri, “Çiyager” kod adlı Cihan Türkanın dəfnində iki deputat iştirak edib.

 

APA TV-nin məlumatına görə, terrorçunun cənazəsi Malatyada yaxınlarına təhvil verilib və Batmana aparılıb.

 

Dəfn mərasiminə Türkiyə parlamentinin Xalqların Demokratik Partiyasından (HDP) olan deputatları Mehmet Əli Aslan və Becime Qönçə, Batman bələdiyyəsinin bir neçə rəsmisi, o cümlədən Xalqların Demokratik Partiyası və Demokratik Bölgələr Partiyasının nümayəndələri qatılıblar.

 

Türkiyə Böyük Millət Məclisinin deputatı Mehmet Əli Aslan terrorçu Cihad Türkanı “şəhid” adlandırıb.

 

Qeyd edək ki, “Çiyager” kod adlı terrorçu PKK-nın Surdakı səlahiyyətlisi olub və şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. 

Müəllif | Apa.Tv
Apa.tv