Ancelina Coli Yunanıstanda suriyalı qaçqınları ziyarət etdi
Məşhur Hollivud ulduzu və BMT-nin xoşməramlı səfiri Ancelina Coli dünyanın diqqətini qaçqın probleminə çəkmək üçün Yunanıstana gəlib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Coli ilk əvvəl Pire Limanı yaxınlığındakı düşərgədə qalan 4 min nəfər suriyalı qaçqını ziyarət edib.
Ziyarətin ilk mərhələsində qarışıqlıq yaranıb və onu çəkmək istəyən jurnalistlərdən birinin əli qırılıb. Ancelina Colinin bu ziyarəti günlərdir düşərgədə gözləyən qaçqınlar tərəfindən həyəcanla qarşılanıb: "Ancelina Colinin ziyarətindən əlbəttə ki, məmnunuq. Bizi qonaq edən Yunanıstan xalqına da öz təşəkkürümüzü bildiririk".