Rusiyanın erməni konsulu: "İraq kürdlərinə xeyli silah verdik"

Rusiya İraq kürdlərinə xeyli silah və hərbi avadanlıq verib. APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, proses rusiyalı diplomatların və kürd silahlı birləşmələrinin komandanlığının iştirakı ilə baş tutub.

Rusiyanın Ərbildəki baş konsulluğunun attaşesi Artyom Qriqoryan faktı təsdiqləyib. "Silah-sursat martın 14-də çatdırılıb, onlar İraq Kürdüstanındakı peşmərgələrə verilib", - deyə o bildirib.

Qriqoryan bildirib ki, kürd silahlılarına raket əleyhinə "Zenit" qurğuları və mərmilər çatdırılıb.
 

Xatırladaq ki, Rusiya Suriya və İraqda kürd silahlı qruplaşmalarına silah yardımı etməkdə davam edir. Bu ilin fevralında isə Moskvada Suriya kürdlərinin nümayəndəliyi fəaliyyətə başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv