FES qərarı açıqladı, neftin qiyməti 41 dollara yaxınlaşır
Federal Ehtiyat Sisteminin açıqladığı qərar və neft ölkələrinin hasilatı dondurmaqla bağlı müzakirə görüşünün tarixinin açıqlanması neft bazarını canlandırıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 40,97 dollara həddinə çatıb. Səhər seanslarında isə qiymət bir qədər ucuzlaşaraq 40,53 dollar təşkil edib. Qərbi Texas nefti isə daha çox dəyər qazanıb. Hazırda WTI nefti birjalarda 39 dollardan satılır. “Brent” və WTI neftinin qiymətləri arasında fərq son dövrlərdə ilk dəfə olaraq 1,5 dollar təşkil edib.
Ekspertlər qiymət artımının bir müddət davam edəcəyini proqnozlaşdırır.