Pedofillər axtalanacaq - QAZAXISTANDA SƏRT CƏZA

Qazaxıstan parlamentinin senatında uşaq hüquqlarının müdafiəsi üzrə bəzi qanunvericilik aktlarına dəyişikliklər qəbul edilib.

 

APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, sözü gedən dəyişikliklərdə yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq hallarına yol verənlərə daha sərt cəzaların tətbiq edilməsi nəzərdə tutulub.

 

Cəzalar arasında bu cür şəxslərin tibbi yolla kastrasiyası da yer alıb. Qazaxıstan parlamentinin deputatı Bırqanım Aytimova yeni təklif barəsində danışarkən kastrasiya prosesinin tibbi inyeksiya yolu ilə aparılacağını və müvəqqəti xarakter daşıyacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv