Nazir Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Ağcabədi rayonunda vətəndaşları qəbul edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi, BeyləqanFüzuli və Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

 

Vətəndaşların şikayətlərinə yerində baxılması üçün sözügedən rayonların icra başçılarının birinci müavinləri də qəbula dəvət olunub.

 

Qəbul zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlər yerindəcə araşdırılıb.

 

Vətəndaşların digər sahələrə aid şikayət və müraciətləri isə qeydə alınaraq, həlli üçün aidiyyəti qurumlara ünvanlanması barədə tapşırıq verilib.   

Müəllif | Apa.Tv
Apa.tv