Göygöldə yaşayış evində partlayış: 1 yaralı
Göygöl rayonunda yaşayış evində partlayış olub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhəri Nəriman Nərimanov küçəsi ev 15-də qeydə alınıb.
Bu ünvanda yaşayan 1977-ci il təvəllüdlü Fazil Məmmədov evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub və o müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
F.Məmmədov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.