Əfv sərəncamının icrasına başlandı: tanınmış məhbuslar gecə buraxılıb
Azərbaycan prezidenti İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
APA-nın xəbərinə görə, Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Sirac Kərimli, Ömər Məmmədov, Hilal Məmmədov, Rəşad Həsənov gecə ilə azadlığa buraxılıb. Onların bəzilərinin azadlıqdakı ilk görüntüləri də yayılıb.
Qeyd edək ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.