"Azərbaycanda ailə psixoloqları yetişdirilməlidir"

Azərbaycanda psixoloq institutlarının yaradılmasına ehtiyac var, xüsusilə də ailə psixoloqlarının yetişdirilməsi vacibdir. APA TV-nin məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Müdafiə Nazirliyinin nəzdində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı maarifləndirmə layihəsindəki çıxışında bildirib. Komitə rəsmisi Milli Ordunun əsgər və zabitlərini milli-mənəvi dəyərlərin qorunub saxlanması, ailə mədəniyyətinin, nəsillər arası münasibətlərin qorunması, ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti, hüquqi maarifləndirmə, nikah müqaviləsinin əhəmiyyəti, gənclərin psixoloji durumuna təsir edən mövzularda məlumatlandırıb.  

 

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, əməkdar həkim Nadir İsmayılov da ailə qurulduqdan sonra tərəflərin psixoloji durumda yaranan dəyişikliklərdən danışıb.

 

Qeyd edək ki, layihənı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirib.

 

 

Müəllif | Apa.Tv