Ucarda dəhşətli qətl: bəy toy günü gəlini öldürdü

Ucarda qətl törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

 

Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

 

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Hadisəni törədən R.Nəsirov saxlanılıb.

 

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv