"Fənərbaxça" "Braqa"ya 4:1 uduzdu - QOLLAR
Ötən gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. APA TV-nin məlumatına görə, Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” Portuqaliyada “Braqa”nın qonağı olub.
İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn “Fənərbaxça” bu üstünlüyü qorumağa çalışıb. Oyunun 11-ci dəqiqəsində “Braqa”nın oyunçusu Hassan hesabı açıb.
Birinci hissəyə əlavə olunan vaxtda (45+2) “Fənərbaxça” təmsilçisi Potuk hesabı bərabərləşdirməyə nail olub - 1:1.
İlk hissə bu hesabla başa çatıb. Hakim oyunun 67-ci dəqiqəsində “Fənərbaxça”nın futbolçusu Mehmet Topala ikinci sarı vərəqə göstərib. Beləliklə, Türkiyə təmsilçisi azlıqda qalıb.
Matçın 69-cu dəqiqəsində “Fənərbaxça”nın qapısına penalti təyin edilib. Jozue hesabı 2:1 “Braqa”nın xeyrinə edib.
74-cü dəqiqədə isə “Braqa”nın futbolçusu Stoilkoviç komandasının üçüncü qolunu vurub.
Oyunun 83-cü dəqiqəsində “Braqa” təmsilçisi Rafa komandasının 4-cü qolunu vurub.
87-ci dəqiqədə “Fənərbaxça”nın futbolçusu Alper Potuka da ikinci sarı vərəqə göstərilib. Bununla da o, meydanı tərk edib və komandasını 9-luqda qoyub.
Oyunun 96-cı dəqiqəsində “Fənərbaxça” təmsilçisi Volkan Şenə də ikinci sarı vərəqə verilib. Komanda oyunu 8-likdə başa vurub.
Oyun 4:1 hesabı ilə “Braqa”nın xeyrinə başa çatıb