Şimali Koreyadan növbəti təhlükə: yeni raket sınaqdan keçirildi

Şimali Koreya növbəti raket sınağını həyata keçirib. APA TV-nin "BBC"-yə istinadən məlumatına görə, bu dəfə dəniz üzərindən havaya buraxılan raketlər yerləşdiyi məsafədən 800 kilometr uzaqlıqda yerləşən hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Şimali Koreya tərəfindən ortamənzilli raket sınağının keçirilməsinə Birləşmiş Ştatlar da münasibət bildirib. Pentaqon sözçüsü Mişel Baldanza rəsmi Pxenyanın bu addımını qəti şəkildə pisləyib və gələcəkdə regionda vəziyyətin gərginləşməməsi üçün analoji addımlardan çəkinməyə çağırıb.

BMT tərəfindən qoyulan məhdudiyyətlərə rəğmən Şimali Koreya yanvarın 6-da nüvə sınağını həyata keçirib, 7 fevral tarixində isə fəzaya yeni süni peyk buraxıb. Bir qədər öncə isə ABŞ prezidenti Barak Obama rəsmi Pxenyanın nüvə proqramı və ölkənin yeni peykinin buraxılması ilə əlaqədar yeni sanksiya paketini imzalayıb.

Müəllif | Apa.Tv
Apa.tv