ABŞ Türkiyədən sonra Rusiyaya da xəbərdarlıq etdi: Moskvada terror olacaq!

ABŞ-ın Moskvadakı səfirliyi Rusiyadakı vətəndaşlarına adı çəkilən ölkənin müxtəlif şəhərlərində terror aktları törədiləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bundan öncə Amerikanın Avropa ölkələrində və Türkiyədə fəaliyyət göstərən diplomatik korpusları da eyni xəbərdarlıqla çıxış ediblər.

Diplomatlar ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlara söykənərək Avropanın bir neçə ölkəsinin, eləcə də Türkiyə və Rusiya paytaxtında partlayışlar planlaşdırdığını qeyd edir. Xüsusi ilə Rusiyada belə aktların reallaşdırılacağı qabardılır və amerikalılara diqqətli olmaq tövsiyə olunur.

Terror aktlarının ictimai yerlərdə, insanların sıx olduğu məkanlarda həyata keçirilə biləcəyi ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv