Heykəllərin üzərindəki kiril əlifbası ilə yazılar niyə dəyişdirilmir? - REPORTAJ
Hər ölkənin, hər şəhərin heykəlləri onun keçmişini, millətinin düşüncə tərzini və mübarizliyini əks etdirir. Cansız heykəllərdə canlı tarix yaşanır. Bakıda da belə heykəllər çoxdur. Nizaminin, Fizulinin, Hüseyn Cavidin heykəl-abidə kompleksləri onların həyat və yaradıcılığını özündə təcəssüm etdirir. Amma bəzən biz bu heykəlləri tanımağa çətinlik çəkirik. Əgər vaxtı ilə heykəllər insan obrazı haqqında məlumatı özündə tam şəkildə ehtiva edirdisə, bu gün biz yalnız heykəlin kimə məxsus olduğunu və həmin şəxsin doğum və ölüm tarixləri barədə məlumat ala bilirik. Müqayisə üçün deyim ki, Nizaminin, Fizulinin və Hüseyn Cavidin heykəlləri üzərində onların əsərlərindən obrazlar öz əksini tapıb. Həmin heykələ baxan şəxs həmin an bu obrazların hansı əsərdən götürüldüyü barədə düşünməyə başlayır. Amma Səməd Vurğun, Cəfər Cabbarlı, Koroğlu, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanovun heykəllərində bunu deyə bilməyəcəyik. Bu siyahını bir az da uzatmaq olar. Bu heykəllərdə görünən tək bir nüansdır, həmin heykəllərdə obrazın həyat və yaradıcılığını əks etdirən heç bir element yoxdur.
Paytaxt sakini: "Çox yaxşı olar ki, həmin heykəlin yanında bir lövhə olsun ki, bu şəxsin kimliyi haqqında məlumat versin. onun əsərləri həyatı haqqda baxan gənclər oxusun. əslində burdan keçən kimi insanın gözü görür".
Yeri gəlmişkən onu deyim ki, apardığımız müşahidələr zamanı heykəllərin üzərində olan yazıların Kiril əlifbası ilə yazıldığının şahidi olduq. Prezident İlham Əliyevin "Qlaballaşma şəraitində Azərbaycan dilinin qorunması" haqqında sərəncamı var. Sərəncamda bu istiqamətdə mövcud olan boşluqların doldurulması və problemin aradan qaldırılmasının zəruriliyi öz əksini tapıb. Burada dövlət əhəmiyyətli yazıların latın əlifbası ilə yazılması vacib hesab edilir. Amma nədənsə heykəllər üzərində təmir bərpa işləri aparılan zaman həmin lövhələr yeniləri ilə əvəzlənməyib.
Paytaxtda yerləşən heykəlləri tanınan və tanınmayan heykəllərə bölmək daha düzgün olardı. Çünki kifayət qədər tanınan və bir kimsə tərəfindən tanınmayan heykəllər mövcuddur.
Məlumat üçün deyim ki, Nikola Tesla serb əsilli fizikdir, ötən əsrin ən məhşur ixtitraçılarından biri olub. Elektrik enerjisinin bu gun rahat şəkildə istifadəsində Teslanın böyük rolu var. Bu məlumatı bir azda artırmaq olardı, lakin hesab edirik ki, bu qısa arayış sadə vətəndaşlar üçün kifayət edər. Bəs görəsən, bu məlumatı heykəlin yanında sadə bir klöhvədə yerləşdirmək çoxmu çətin işdir?
Nəzərə çatdırım ki, heykəllərin inşası, təmiri və bərpası işləri Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid məsələdir.