Gəncədə yarmarka keçirildi - UCUZ QİYMƏTLƏR

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış yarmarkası keçirilib.

 

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara öz məhsullarını bazar qiymətindən aşağı təqdim ediblər.

 

Yarmarkada mal əti 5 manat, qoyun əti 6 manat, yumurta 10 qəpik, toyuq (kiloqramla) 2 manat 80 qəpik, kartof 42 qəpik, soğan 50 qəpik, un 21 manata satılıb.

 

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır: “Yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən aşağı qiymətə satılır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının mütəmadi təşkil olunması davam etdiriləcək”.

Müəllif | Apa.Tv
Apa.tv