DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildi

Azərbaycan prezidenti İlham Əliyev “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərman imzalayıb.

 

APA TV-nin məlumatına görə, fərmana əsasən, Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv