Bərdədə 4 otaqlı ev kül oldu

Bərdədə 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb. APA TV-nin məlumatına görə, hadisə Bərdənin Əmirli kənd sakini Firdovsi Tağıyevin evində qeydə alınıb.

 

Yanğın səhər saatlarında baş verdiyi üçün ailə üzvləri yatmış olublar. 5 nəfərlik ailə üzvlərini alovdan xilas etmək mümkün olsa da, əşyaları, eləcə də pul və qızıl əşyalarını çıxarmaq mümkün olmayıb. Ümumi sahəsi 180 kv. metr olan ev tamamilə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu qonşu binalara keçmədən söndürə biliblər.

 

Firdovsi Tağıyev evindəki yanğının elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verdiyini deyib: “Səhər saat 5-də oyandıq ki, ev yanır. Bir nəvəmi, uşağı çıxartdıq çölə. Heç nə götürə bilmədik”.

 

Faktla bağlı araşdırma aparılır. Yanğının dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Müəllif | Apa.Tv