Türkiyə və Avropa İttifaqı anlaşdı: Ankara 6 milyard avro alacaq

Avropa İttifaqı 2018-ci ilin sonunadək qaçqın böhranı ilə əlaqədar Türkiyəyə 6 milyard avro ayıracaq.

 

APA TV-nin məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə bəyan edib.

 

Aİ-Türkiyə sazişində qeyd olunub ki, qaçqınların tibbi, təhsil, infrastruktur, qida və s. ehtiyacları üçün nəzərdə tutulan layihələrin siyahısı bir həftə ərzində tərtib olunacaq. Sənəddə vurğulanır ki, ikinci maliyyə tranşı birinci 3 milyard sərf edildikdən sonra ayrılacaq: “İlk 3 milyardlıq yardım paketi sərf edildikdən, bütün öhdəliklər yerinə yetirildikdən sonra Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyə hökumətinə əlavə 3 milyard avro ayıracaq”. 

 

Qeyd edək ki, martın 18-də Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planı yekdilliklə təsdiqlənib.

 

Müəllif | Apa.Tv
Apa.tv