Rusiya təyyarəsi qəzaya uğradı: 62 ölü - KAMERA GÖRÜNTÜSÜ

Rusiyada təyyarə qəzası baş verib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Rostov-na-Donu şəhərinin hava limanında Dubay-Rostov reysi ilə hərəkət edən "Boeing 737-800"sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin məlumatına əsasən, qəzaya uğrayan təyyarənin göyərtəsində 55 sərnişin və 7 heyət üzvü olub. Onların hamısının həlak olduğu bildirilir.

 

Ölənlər arasında 5 əcnəbi vətəndaş da olub.

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Hərəkətin təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması" maddəsi ilə cinayət işi qaldırılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv