Rusiya mətbuatı: Təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar da var
Rusiyada baş verən təyyarə qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, Dubay-Rostov reysi ilə uçan təyyarə aeroporta eniş etməkdə çətinliklə üzləşib.
Buna səbəb hava şəraitinin olduqca əlverişsiz olduğu bildirilir. Birinci cəhddə uçuş-enmə zolağına otura bilməyən təyyarənin pilotları yenidən havalanıb və ikinci cəhdi etmək istəyiblər. Eniş edən təyyarə yerə çırpılıb və hissələrə bölünüb.
Təyyarədə ekipaj heyəti ilə birlikdə bütün sərnişinlər ölüb. Onların arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir. Hazırda Rostov-na-Donu aeroprtu bağlanıb, bu istiqamətdə uçan təyyarələr Krasnodara və Mineralnıye Vodı şəhərlərinə enirlər.