Bakıda əcnəbi vətəndaş faciəli şəkildə öldü

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 9 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda kirayədə yaşayan İran İslam Respublikasının vətəndaşı, 1962-ci il təvəllüdlü Məcid Süleymanzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Faktla bağlı araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Apa.tv