Azərbaycan nefti bahalaşdı

Birjalarda neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, son günlərdə “Brent” markalı neftin qiyməti yüksəlməkdə davam edir.

Bu gün "Brent" nefti birjalarda 41,42 dollara satılır. Bu, ötən günün qiymətlərindən təxminən 10-15 sent  bahadır. Qərbi Texas nefti isə 17 sent bahalaşıb. Hazırda WTI nefti birjalarda 40.20 dollardan satılır.

Azərbaycan nefti də bahalaşmaqda davam edir. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 19 sent artaraq 42,82 dollar təşkil edib.
 

Ekspertlər qiymət artımının bir müddət davam edəcəyini proqnozlaşdırır.

Müəllif | Apa.Tv
Apa.tv